Binəqədi rayonunda seçici fəallığı var
9 Oktyabr 2013 11:04 SiyasətPaytaxtın Binəqədi rayonunda yüksək seçici fəallığı müşahidə edilir. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili Aydın Mirzəzadə bu barədə açıqlama verib. Bildirib ki, rayonun Biləcəri qəsəbəsəsində yerləşən 10 saylı seçki dairəsinin 14 və 15 saylı seçki məntəqələrində əhali səsvermə prosesində aktiv iştirak edir: "Hər iki məntəqədə yüksək seçici fəallığı var. 14 saylı məntəqədə saat 9:15-də 1336 seçicidən 65-i, 15 saylı məntəqədə isə 1340 seçicidən 95 nəfəri artıq səsvermə prosesində iştirak edib". Millət vəkili müşahidələr zamanı qanun pozuntularına rast gəlmdəyini də qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00