Cənub bölgəsində səsvermə 4024 yerli müşahidəçi izləyir

73 saylı Lənkəran şəhər seçki dairəsinin 13 saylı seçki məntəqəsində seçicilərin 25 faizdən çoxu artıq səs verib

 Azərbaycanda prezident seçkisi ilə bağlı səsvermə prosesi davam edir. Bu gün Prezident seçkilərində cənub bölgəsi üzrə 336 min nəfər seçici iştirak etməlidir. ANS PRESS-in cənub bölgəsi üzrə müxbiri nin verdiyi məlumata görə, bu bölgədə 494 seçki məntəqəsi var. Seçkiləri 4024 yerli müşahidəçi izləyir.Hazırda ANS PRESS-in bölgə müxbiri 73 saylı Lənkəran şəhər seçki dairəsinin 13 saylı seçki məntəqəsində müşahidələr aparır. Həmin məntəqədə seçicilərin fəallığı müşahidə olunur. Burada Rəy Araşdırmalar və Konstitutsiya Araşdırmalar Fondu exitpol keçirir. Bu məntəqədə 1172 nəfər səs verməlidir. Bu saatlara olan nəticələrə görə, seçicilərin 25 faizdən çoxu artıq öz səsini verib. Hələlik məntəqədə heç bir problem və qanun pozuntusu aşkarlanmayıb.Qeyd edək ki, Lənkəran şəhəri 4 seçki dairəsi üzrə 117 seçki məntəqəsi var. Burada ümumən 11460 seçici iştirak etməlidir. Lənkəranda ümumilikdə 834 yerli müşahidəçi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00