Namizədlərdən biri - Hafiz Hacıyev səs verdi

8 saylı Binəqədi I seçki dairəsi 31 saylı məntəqəsində səs verən Müasir Müsavat partiyasının sədri Azərbaycanın gələcəyinə səs verdiyini deyib. Bu gün Azərbaycan prezidentliyinə namizəd, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev 8 saylı Binəqədi I seçki dairəsi 31 saylı məntəqəsində səs verib. H.Hacıyev bildirib ki, seçki məntəqəsinə ailə üzvləri ilə deyil, tək gəlib: "Ailə üzvlərim başqa yerdə qeydiyyatdadır, iki oğlum isə ezamiyyətdədir. Bizim ailədə demokratik mühit var".H.Hacıyev Azərbaycanın gələcəyinə səs verdiyini diqqətə çatdırıb: "Azərbaycandakı sabitliyi, iqtisadi inkişafını istəməyən bəzi qüvvələr var ki, onlara qarşı hər zaman mübarizə aparılıb və aparılacaq".APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00