Seçki havasıdı....

Yaxın iki gün ərzində Azərbaycanın bəzi yerlərində havanın temperaturu 23 dərəcəyə yüksələcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.Oktyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, havanın gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.Yaxın iki gün ərzində Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq.Lakin ayın 11-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.Azərbaycanın Aran rayonlarında havanın temperaturunun gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00