Seçkiləri 1276 beynəlxalq müşahidəçi izləyəcək
Beynəlxalq müşahidə missiyası seçkidən 1 gün sonra nəticələr barədə mətbuata və ictimaiyyətə açıqlama verəcək
9 Oktyabr 2013 10:31 SiyasətMüşahidəçilər 49 beynəlxalq təşkilatı və 99 ölkəni təmsil edir. Ən böyük müşahidə qruplarından bri olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosunun 270 qısamüddətli müşahidəçisi səsvermə posesini izləyəcək. Bu müşahidəçilər ölkənin bütün rayonlarındakı seçki məntəqələrində çalışacaqlar. Qurumun sözçüsü Tomas Raymerin sözlərinə görə bütün ölkə üçün səvermə posesi bardə məlumat əldə etməklə seçkilərlə bağlı məlumat verməyə çalışacaqlar. Müşahidəçilərin baş çəkəcəyi məntəqələrin adları isə əvvəlcədən açıqlanmır."Mən fikirləşirəm ki, müşahidəçilər bütün ölkə üzrə 700-800 seçki məntəqəsinə nəzarət edəcəklər. Biz bütün Azərbaycan ərazisi boyunca prosesi tam işıqlandırmağa çalışacağıq. Müşahidəçilər seçki günü məntəqələrin açılışı ilə bağlı bütün prosedurlara nəzarət edəcək, yəni məntəqələr qaydalara uygun açılır mı, bu qaydalar ATƏT öhdəliklərinə və beynəlxalq standartlara uyğundurmu? Sonra onlar səsvermənin necə aparıldığını müşahdə etmək üçün gün ərzində müxtəlif seçki məntəqələrinə gedəcəklər. Daha sonra onlar seçki məntəqələrinin bağlanması prosesini izləyəcəklər. Biz müşahidələrimizin sonu ilə bağlı oktyabrın 10-da mətbuata açıqlama verəcəyik" - deyə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosunun sözçüsü Tomas Raymer qeyd edib.Səsvermə prosesini ayrı-ayrı dövlətlərin parlamentariləri və qeyri -hökumət təşkilatlarının nümayəndələri də izləyəcək. İran-Azərbaycan Dostluq qrupunun rəhbəri Əhəd Qəzainin başçılıq etdiyi nümayəndə heyti də bir neçə məntəqədə ssəvermə posesini izləyəcək.Seçkilərin gedişatnın izləyən beynəlxalq müşhidəçilər qeydiyyatdan başlamış, kampaniya müddəti, səslərin sayılması və daxil olmuş müraciətlərlə bağlı seçkilərdən bir gün sonra mətbuata açıqlama verəcəklər.