Bu gün Azərbaycanda prezident seçkiləridir
5 milyon 145 min nəfərdən çox seçici 5 min 492 seçki məntəqəsində səs verəcək
9 Oktyabr 2013 01:54 SiyasətBu gün Azərbaycanda prezident seçkiləri keçirilir.Prezident vəzifəsi uğrunda 10 nəfər namizəd mübarizə aparır.Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, prezident seçkilərində 5 milyon 145 min nəfərdən çox seçici 5 min 492 seçki məntəqəsində səs verəcək. Onlardan 219-u müvəqqəti qurulan məntəqədir.Azərbaycandan kənarda yaşayan seçicilər üçün xarici ölkələrdə olan diplomatik nümayəndəliklərdə 38 seçki məntəqəsi yaradılıb. Xaricdə 12 mindən artıq seçici səs verə biləcək. Ilk dəfə olaraq Həcc ziyarətgahında məntəqə təşkil edilib.Səsvermə bu gün saat 8.00-da başlayacaq, saat 19.00-da başa çatacaq. Bundan sonra səslərin sayılmasına başlanacaq. Mərkəzi Seçki Komissiyası səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə - 10.00, 12.00, 15.00, 17.00, 19.00-da ilkin məlumatlar yayacaq.Seçkini 52 min müşahidəçi izləyəcək, beynəlxalq müşahidəçilərin sayı isə 1400 nəfərə yaxındır.