AVCİYA Sumqayıtda seçkilərlə bağlı son seminarını keçirdi
8 Oktyabr 2013 17:05 SiyasətAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ilə əlaqədar Respublikanın bütün bölgələrini əhatə etmiş seminarlara Sumqayıtda yekun vurdu. Sumqayıt şəhər tarix muzeyi təşkil olunmuş seminarda AVCİYA Seçki Qərargahının rəhbəri, t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı məruzə edərək Prezident seçkilərinin ölkəmiz üçün əhəmiyyətini qeyd etmiş, müşahidəçilərin hüquq və vəzifələri, seçki günü monitorinq zamanı görəcəyi işlər haqqında konkret məlumatlar vermişdir Daha sonra məruzəçi müşahidəçilərin müxtəlif suallarına cavab vermişdir. Tədbirin sonunda müşahidəçilərə MSK -da qeydiyyatdan keçmiş vəsiqələr, seçki günü istifadə etmək üçün qovluqlar və yaddaş kitabçaları paylanmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00