Sabah 5 mindən artıq seçki məntəqəsi 5 milyona yaxın seçicinin üzünə açılacaq VIDEO

Seçkilərdə şəffaflığı təmin etmək üçün məntəqələrin təxminən 20 faizi veb kameralarla təmin edilib

Ölkədə prezident seçkilərinə bir güdən də az vaxt qaldı. Ölkədə sükut günüdür. Bu gün səhər saat 8-də seçki qabağı təşviqat kampaniyası sona çatıb.10 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Sabah, səhər saat 8-dən etibarən Azərbaycanda olan 5 mindən artıq seçki məntəqəsində 5 milyona yaxın seçicinin üzünə açılacaq. Səsvermə axşam saat 7-ə qədər davam edəcək.Seçkilərdə şəffaflığı təmin etmək üçün məntəqələrin təxminən 20 faizi yəni 1000 məntəqə veb kameralarla təmin edilib. Seçki prosesini izləmək üçün 50 mindən çox şəxs yerli müşahidəçi qismində mərkəzi seçki komissiyasına müraciət edib. Beynəlxalq müşahidəçilər və xarici jurnalistlər artıq akreditasiyadan keçib. Seçkiləri, ümumilikdə, 1276 beynəlxalq müşahidəçi izləyəcək. Müşahidəçilər 49 beynəlxalq təşkilatı və 99 ölkəni təmsil edir. ATƏT-in demokratik təsisatlar və insan hüquqları bürosunun 270 qısa müddətli müşahidəçisi səsvermə posesini izləyəcək. Bu müşahidəçilər ölkənin bütün rayonlarındakı seçki məntəqələrində çalışacaqlar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun sözçüsü Tomas Raymer: "Bizim istədiyimiz coğrafi cəhətdən seçkiləri tam ətraflı şəkildə işıqlandırmaqdır. Bizim məqsədimiz bütün ölkə üzv səsvermə prosesi barədə məlumat əldə etməkdir. Mən fikirləşirəm ki, müşahidəçilər bütün ölkə üzrə 700-800 seçki məntəqəsinə nəzarət edəcəklər. Biz bütün Azərbaycan ərazisi boyunca prosesi tam işıqlandırmağa çalışacağıq. Müşahidəçilər seçki günü məntəqələrin açılışı ilə bağlı bütün prosedurlara nəzarət edəcək, yəni məntəqələr qaydalara uyğun açılırmı, bu qaydalar ATƏT öhdəliklərinə və beynəlxalq standartlara uyğundurmu? Daha sonra onlar səsvermənin necə aparıldığını müşahdə etmək üçün gün ərzində müxtəlif seçki məntəqələrinə gedəcəklər. Daha sonra onlar seçki məntəqələrinin bağlanması prosesini izləyəcəklər. Biz müşahidələrimizin sonu ilə bağlı oktyabrın 10-da mətbuata açıqlama verəcəyik".

Sabah seçkilərlə əlaqədar olaraq qeyri iş günü olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00