“Böyük İpək Yolu” GUAM-la memorandum imzaladı

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı  ilə GUAM  təşkilatı arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. Qarşılıqlı əməkdaşlıq haqqında memorandumu "Böyük İpək Yolu" BGT-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov və GUAM-ın baş katibi Valeri Çeçelaşvili imzalayıb. Mərasimdə çıxş edən F. Muradov bildirib ki,  "Böyük İpək Yolu" BGT təşkilat olaraq beynəlxalq platformalı qurumlarla əməkdaşlığı davam etdirir. GUAM  bu sırada mühüm əhəmiyyət kəsb edən təşkilatdır. "Azərbaycan GUAM-la əlaqələrə mühüm əhəmiyyət verir. Biz əməkdaşlığımızn əsas istiqmətləri barədə razılığa gəlmişik. Qarşılıqlı olaraq beynəlxalq tədbirlərdə bir-birimiz dəstəkləyəcək və bir sıra sahələrədə əməkdaşlıq edəcəyik"-deyə F.Muradov vurğulayıb. GUAM təşkilatının baş katibi Valeri Çeçelaşvili bildirib ki, Azərbaycan GUAM təşkilatınn əsasını qoyan ölkədir. "Böyük İpək Yolu" ilə üst-üstə düşən ümumi maraqlarımız var. Bu memorandum gənclər arasında humanitar əməkdaşlıq imkanlarının yaranmasına kömək edəcək"-deyən V.Çeçelaşvili nəqliyyat, biznes, mədəni, idman sahələrində birgə layihələrin həyata keçiriləcəyini bildirb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00