Seçicilər namizədlərdən yeni bir şey görə bilmədi

"Təəssüflə qeyd etmək istərdim ki, bu seçkilərdə insanlar prezidentliyə namizədlərdən yeni bir şey görə bilmədilər. Çünki namizədlərin  bir qismi,  onların çıxışları və apardıqları seçki kampaniyası köhnə idi". Bu fikirləri "OLAYLAR"-a verdiyi açıqlamada Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu səsləndirib. Bildirib ki, seçkinin təbliğat kampaniyası ərəfəsində seçicinin vacib problemlərini qabardan, arqumentlərə söykənən çıxışlara  rast gəlinmədi: "Əksinə əvvəlki prezident seçkilərindən fərqli olaraq bu seçkilərdə təhqir elementləri, nifrət, ittihamlar daha çox səsləndirildi. Seçici yenə də tərəddüd dolu suallarla baş-başa qalıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00