Seçkinin nəticələri Bakı-Moskva videkörpüsündə müzakirə ediləcək

Oktyabrın 10-da "Azərbaycanda prezident seckilərinin nəticələri və onların Azərbaycan-Rusiya münasibətlərinin inkişafana təsiri" mövzusunda Bakı-Moskva videokörpüsü keciriləcək. "OLAYLAR"-ın xəbərinə görə,  "Novosti" Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq videokörpüdə hər iki tərəfdən siyasi şərhçilər və politoloqlar iştirak edəcək. Tədbirdə Rusiya tərəfini Moskva Dövlət Universitetinin Postsovet Araşdırmaları Mərkəzinin direktoru, "Şimal-Cənub" Siyasi Mərkəzinin icraçı direktoru Aleksey Vlasov, Xəzər Əməkdaşlıq İnstitutunun direktoru, politoloq Sergey Mixeev, politoloq Aleksandr Karavayev, Azərbaycan tərəfindən isə siyasi innovasiya və texnologiyalar mərkəzinin sədri Mübariz Əhmədoğlu, politoloq Fikrət Sadıqov və "New Baku Post" qəzetinin baş redaktoru Tofiq Abbasov iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00