İsrail Azərbaycanla dost və müttəfiq ölkədir
8 Oktyabr 2013 13:13 SiyasətMilli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri İsrail parlamentinin Sovet Yəhudiləri üzrə Milli Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüblər. \"Olaylar" İA\ Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə bildirib ki, İsrail Azərbaycana həm dost, həm də müttəfiq ölkədir. Hər iki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrlə yanaşı, texnoloji sahədə də geniş əlaqələr mövcuddur. Bu səbəbdəndir ki, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi 4 milyard dollardan çoxdur. Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Asim Mollazadə Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkününün olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, problemlə bağlı beynəlxalq təşkilatlar bir sıra qətnamələr qəbul etsələr də, Ermənistan onları icra etmir. Xocalı soyqırımından söz açan deputat bildirdi ki, İsrail də Azərbaycanın başına açılan bu bəlaları yaxşı başa düşür. Görüşdə qonaqlara Azərbaycanın siyasi sistemi, prezident seçkiləri və seçkiqabağı vəziyyət barədə ətraflı məlumat verilib. Sovet Yəhudiləri üzrə Milli Komitənin sədri Qrinberq Stiven isə Azərbaycanda böyük yəhudi icmasının yaşamasından məmnunluğunu ifadə edib. Bildirib ki, bu icmanın nümayəndələri Azərbaycanda bərabərhüquqlu vətəndaşlar kimi yaşayır və fəaliyyət göstərirlər. Qonaq səfərin məqsədinin dostluq əlaqələrimizi, iqtisadi və siyasi sahələrdəki əməkdaşlığımızı daha da genişləndirməkdən ibarət olduğunu diqqətə çatdırıb.