BBC Azərbaycanda keçiriləcək seçkidən yazdı

Yazıda Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonrakı dövrü əhatə edən məqamlara toxunulub

Britaniyanın məşhur BBC saytı 9 oktyabrda keçiriləcək prezident seçkilərindən bəhs edib. ANS PRESS-in məlumatına görə, nəşr 6-cı dəfə keçiriləcək prezident seçkilərində hazırki prezident İlham Əliyevin favorit olduğunu yazıb. Yazıda həmçinin Azərbaycanda Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ötən 20 illik dövrü əhatə edən məqamlara toxunulub. Prezident İlham Əliyevin böyük üstülüyə malik olduğundan bəhs edilib.

Məqalədə ölkənin 2 əsas müxalifət partiyası olan AXCP və "Müsavat"ın seçki prosesində şansları analiz edilib. Xüsusilə vurğulanıb ki, budəfəki seçkilərə hər iki partiya vahid namizədlə qatılıb. Britaniya mətbu orqanı hazırki iqtidara alternativ güc kimi Demokratik Qüvvələrin Milli Şurasını göstərib.

Məqalədə digər namizədlər kimi "Ümid" partiyasının namizədi İqbal Ağazadənin seçilmək şansları dəyərləndirilib. Onun prezident seçilmək imkanlarını aşağı qiymətləndirən mətbu orqan prezident seçkilərində iştirak etmək istəyən digər namizəd, "REAL" hərəkatının rəhbəri İlqar Məmmədovun namizədliyinin qeydə alınmamasını da qabardaraq MSK tərəfindən onun lehinə yığılan imzaların keçərli olmaması faktını önə çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00