Azərbaycanda xəstələr yatdıqları xəstəxanalarda səs verəcəklər
7 Oktyabr 2013 18:26 SiyasətAzərbaycanda xəstəxanalarda müalicə edilən xəstələr 9 oktyabr prezident seçkiləri günü elə həmin səhiyyə müəssisəsində səs verəcəklər. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
Onun sözlərinə görə, artıq ölkənin hər bir xəstəxanasında seçki məntəqəsi yaradılıb:
"Stasionar müəssisələrdə müalicə edilən xəstələr həmin məntəqələrdə səs verə biləcəklər. Bu məntəqələr yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00