Orta Asiya azərbaycanlılarından İlham Əliyevə dəstək

Özbəkistan və Qazaxıstandakı soydaşlarımız Azərbaycanda keçirilən seçkilərlə əlaqədar müraciət yayıb  "OLAYLAR"-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, seçimlərdə İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edən Özbəkistan azərbaycanlıları hesab edir ki, İlham Əliyevin rəhbərliyi illərində bir çox uğurlarla yanaşı, Azərbaycan-Özbəkistan dostluğunun möhkəmlənməsinə də nail olunub. Son 10 ildə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, sənaye və iqtisadiyyat sürətlə inkişaf edib, gənclər hərəkatına, təhsil və idmana böyük dəstək göstərilib.Müraciətdə daha sonra deyilir ki, 9 oktyabr 2013-cü il seçkisində İlham Əliyevin namizədliyini nəinki milyonlarla soydaşımız, həmçinin Azərbaycanın dünyadakı dostları, o cümlədən Özbəkistandakı çoxsaylı Azərbaycan diasporu da dəstəkləyir: "Azərbaycan vətəndaşı olmadığımız üçün səsvermə hüququna malik olmasaq da, tarixi vətənimizdə ən yüksək postda məhz İlham Əliyevi görmək istədiyimizi yekdilliklə bildirmək istəyirik". Orta Asiyanın digər respublikası Qazaxıstanda yaşayan soydaşlarımız da qarşıdakı seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyir. Bu barədə Qazaxıstandakı 250 minlik Azərbaycan diasporu adından "Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyi" Assosiasiyasının bəyanatında qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00