Asəf Quliyevin prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi qeydiyyatı ləğv edilib
7 Oktyabr 2013 17:38 SiyasətAsəf Quliyevin prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi qeydiyyatı ləğv edilib. Bu barədə qərar Mərkəzi Seçki Komissiyasımın bazar ertəsi keçirilən iclasında qəbul olunub.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini A.Quliyev partiyadan və Milli Şuradan istefa vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00