3120 respondentin 79 faizi İlham Əliyevə səs verəcək
7 Oktyabr 2013 17:33 SiyasətAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) 2013-cü il prezident seçkiləri ilə bağlı yanvardan sentyabrın 5-dək "Əgər prezident seçkiləri bu gün keçirilsəydi kimə səs verərdiz" və digər suallarla keçirdiyi ictimai rəy sorğusunun ümumiləşdirilmiş hesabatını yayıb. ADİİM-in sədri Cavid Şahverdiyevin "Olaylar"a bildirdiyinə görə, bu hesabata avqust-sentyabr aylarında Bakı şəhərinin 5 rayonunda (Yasamal, Nəsimi Sabunçu, Binəqədi və Səbail) hər bir rayondan 20 ailə (ümumilikdə 350 respondent) arasında keçirdiyi sorğunun nəticələri də daxildir. C.Şahverdiyev bildirib ki, sonuncu sorğuda iştirak edən respondentlərin 72 faizi indiki prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildiriblər. ADİİM sədri onu da xatırladıb ki, yanvar ayından (sonuncu sorğuda daxil olmaqla) Balakən, Zaqatala, Qax, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Quba, Qusar, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında keçirilən sorğularda ümumi 3120 respondent iştirak edib. Onların 75 faizi İ.Əliyevə səs verəcəklərini bildiriblər. Bütün sorğuların nəticəsinə görə, İ.Əliyevə respondentlərin 79 faizi səs verəcəklərini qeyd ediblər.