Seçki günü CASCFEN-in qaynar xətti fəaliyyət göstərəcək
7 Oktyabr 2013 16:46 SiyasətOrta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycanda 9 oktyabr 2013-cü il Prezident seçkisi günündə media işçilərinin fəaliyyətinin effektiv monitorinqini təmin etmək üçün qaynar xətt elan edib. Qurumdan verilən xəbərə görə, təşkilatın sədri Azər Həsrət şəxsən prosesə rəhbərlik edəcək. Gün ərzində media qurumlarının təmsilçiləri qarşılaşdıqları problemlər, həmçinin seçki prosesinin izlənməsi ilə bağlı ortaya çıxan anlaşılmazlıqlar haqqında bilgi almaq üçün CASCFEN-in qaynar xəttinə müraciət edə bilərlər.
Azər Həsrət bildirib ki, seçki prosesinin media təmsilçiləri üçün də sakit bir ortamda keçməsindən ötrü onlara təxirəsalınmaz hüquqi yardım edilməsi, eyni zamanda ortaya çıxa biləcək problemlərin anında həlli vacib məsələdir.
Qeyd edək ki, CASCFEN-in 9 oktyabrda gün boyu fəaliyyət göstərəcək qaynar xətti ilə əlaqə saxlamaq üçün aşağıdakı vasitələr təqdim edilir: