Xalq gələcəyinə səs verəcək
7 Oktyabr 2013 16:38 SiyasətYeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı partiyanın namizədi İlham Əliyevin təbliğat təşviqat kampaniyası çərçivəsində rayonda və kəndlərdə tədbirləri uğurla həyata keçirir. Şəmkir görüşlərində Azərbaycan Dövlət Tibb Universitetinin anatomiya kafedrasının müdiri,professor Vaqif Şadlinski də iştirak edib. O respublikada uğurla aparılan iqtisadi-sosial siyasətin nəticələrindən xüsusi söhbət açdı. O xüsusi vurğuladı ki, İlham Əliyev respublika prezidentliyinə gəldiyi gündən və əvvəl xalqımız qarşısında verdiyi vədlərin hamısını həyata keçirib. Ötən 10 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sürətli inkişaf vardır. Bu gün Azərbaycanda bütün sahələri əhatə edən geniş miqyaslı inkişaf qeydə alınıb. Azərbaycan 10 il əvvəllə müqayisədə əsaslı şəkildə dəyişib,inkişaf edib.Biz bu inkişafı hər bir vətəndaşın,hər bir ailənin həyatında açıq şəkildə müşahidə edirik. Bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur. Bu proqram bizə nə verib? Bu suala cavab almaq üçün rayonlarda baş verən dəyişiklikləri görmək kifayət edir. Professor Vaqif Şadlinski ölkəmizin Cənubi Qafqazda lider dövlət olduğunu xüsusi vurğuladı.Onun fikrincə yeni iş yerlərinin açılması,ölkəmizin valyuta ehtiyatlarının artması, səhiyyəyə, təhsilə, mədəniyyətə və başqa sahələrə göstərilən xüsusi qayğı göz önündədir. Fəaliyyət dövründə milli mənafeyə xidmət edən İlham Əliyev millətin və dövlətin rifahı naminə çalışır.Şəmkirin rayon və kəndlərində görüşlərimiz zamanı seçicilər hamısı İlham Əliyevin alternativi olmadığını, xalqın ən layiqli etimadı olduğunu vurğuladı.Xalqın gözü tərəzidir.Onlar indidən öz seçimini edib.Açıq ürəklə "həˮ deyirlər. Ümumiyyətlə seçicilər İlham Əliyevə inanır, əhalinin mütləq əksəriyyəti onun namizədliyini müdafiə edir, qələbəsinə çalışır.İlham Əliyev son 10 ildə bu partiyaya rəhbərlik etdiyi vaxtda partiya ümumxalq partiyasına çevrildi.Hazırda sıralarında 600 mindən çox insanı birləşdirməklə,ölkədə ən nüfuzlu siyasi sistem olub, daim inkişaf etməkdədir. Burada monolit birlik qurulub, bir sıra ölkələrdəki demokratik partiyalarla dostluq münasibətləri yaranmışdır.
Mən inanıram ki, xalqımız oktyabrın 9-da müstəqilliyin əbədiliyinə, sarsılmazlığına, inkişafa, yüksəlişə -İlham Əliyevə səs verəcək. Məhz İlham Əliyev Azərbaycanı işıqlı,inamlı sabaha aparacaq.
Şövkət Hüseynova