YAP-dan ittihamlara cavab gəldi
7 Oktyabr 2013 16:28 Siyasət"Radikal müxalifətin liderlərindən biri olan Eldar Namazovun son müsahibəsində hakim partiyaya dair fikirlərə geniş yer ayırması özü onu göstərir ki, onlar Yeni Azərbaycan Partiyasının gücünü, nüfuzunu, böyük siyasi təşkilat olduğunu etiraf etmiş olurlar. Çünki adətən gücsüz, zəif təşkilat haqda mövqe, fikir bildirilmir". Bunu deyən Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə. YAP-ın hakim partiyanın prezidentliyə namizədi İlham Əliyevlə bağlı güclü seçki, təbliğat-təşviqat kampaniyası aparmaması barədə E. Namazovun fikirləri ya məlumatsızlıqdan, ya da bilərəkdən özünü məlumatsız göstərməkdən irəli gəlir: "Hakim partiya prezident seçkiləri ilə bağlı ölkədə ən fəal və yüksək səviyyəli seçki, təbliğat-təşviqat kampaniyası aparan siyasi təşkilatlardan biri və birincisidir. YAP ötən dövr ərzində, yəni, təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycan cəmiyyətinin bütün qütblərini və yaşayış massivlərini əhatə edib. 21 gün ərzində 10 mindən artıq görüş keçirilib və bu görüşlərdə insanlar bir daha YAP-ın namizədinə dəstək verdiklərini birmənalı olaraq ifadə ediblər". Onun bildirdiyinə görə, hakim partiya təmsilçiləri seçicilərlə, vətəndaşlarla görüşlərdə də təbliğat-təşviqat kampaniyasının ən müxtəlif və ən yeni metodlarından istifadə edib: "Bu görüşlərdə namizədimizin seçki platformasından tutmuş ötən on il ərzində görülmüş işlərə, eləcə də, seçkilər dövründə YAP-ın gördüyü və görəcəyi işlərə qədər hamısı ilə bağlı geniş məlumatlar verilib və bunlar da insanlar tərəfindən, məmnunluqla maraqla qarşılanıb. Bununla yanaşı, radio və teledebatlarda namizədimizin səlahiyyətli nümayəndələri tərəfindən cənab İlham Əliyevlə bağlı geniş mövqe ortaya qoyulub. Eyni zamanda, onu da deyim ki, namizədimizin şəxsi nüfuzu elə onun ən böyük seçki platformasıdır. Ən maraqlı məqam isə odur ki, YAP bu dövrdə inzibati resurslardan istifadə etməyib, bu tədbirləri öz gücü və üzvləri hesabına reallaşdırıb. Siyasi rəqiblərimiz isə YAP-a ləkə atmaqla, ona qarşı təhqirə keçməklkə özünün təbliğatını qurmağa çalışıb və çalışır. Ancaq YAP özünə xas olan mədəniyyətdən, təmkinlilikdən kənara çıxmayıb. YAP-ın ən böyük uğurlarının mənbəyi də elə bundadır. YAP xalqın sifarişi ilə yaradılıb və tarixi şəxsiyyət Heydər Əliyevin adi ilə bağlıdır. Ona görə YAP-ın zəifləməsini istəyənlər öz niyyətlərinə nail ola bilməyəcəklər və əksinə YAP, onun namizədi cənab İlham Əliyev bu seçkilərdən də böyük zəfərlə, qələbə ilə çıxacaq".