ÜAK xalqımıza müraciət etdi
7 Oktyabr 2013 16:24 SiyasətMüraciətdə deyilir:
Əziz həmvətənlər!
Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə ötən on ildə sürətli inkişaf yolu keçən Azərbaycan nəinki regionda, hətta dünyada dinamik inkişaf edən bir dövlətə çevrilmişdir. Biz şahidik ki, güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik dövlətimiz İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Biz Rusiyada yaşayan azərbaycanlılar olaraq bu uğurları çox yüksək qiymətləndirir və bunlarla fəxr edirik. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə özünə məxsus uğurlu daxili-xarici siyasəti ilə seçilən, inkişaf edən, güclü Azərbaycan onun hüdudlarından kənarda yaşayan bütün azərbaycanlıların dayağı, hüquq və azadlıqlarımızın müdafiəçisi, ictimai rifahının rəhnidir.
Biz inamla və qətiyyətlə bildiririk ki, Azərbaycanın sonrakı inkişafı da məhz cənab İlham Əliyevin adı ilə bağlı olacaqdır. O, Azərbaycan dövlətinin və xalqının möhkəmliyinin, inkişafının, sabahının qarantıdır. Bəzi mühüm məsələlərin, ən başlıcası isə Udmurtiya Vilayəti Azəebaycanlıların ağsaqqalı, Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini, Daxili Qoşunların birinci komandanı, general-mayor Rafiq Ağayevin Rusiya ictimaiyyəti qarşısında dəfələrlə bəyan etdiyi və hamımızın qəbul etdiyi bu fikri bir daha qeyd etmək istəyirik ki, Qarabağ problemi məhz Prezident İlham Əliyevin yenilməz əzmi ilə öz həllini tapacaqdır.
Biz Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Qərbi Ural, Volqaboyu vilayətləri arasındakı dostluq münasibətlərinin və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş səylərini, həmçinin, Azərbaycan dövlətinin diaspora göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiririk. İlham Əliyev - doğma Azərbaycan xalqının, həm də bütün dünya azərbaycanlılarının seçimidir!
İnanırıq ki, İlham Əliyevin rəhbərliyi ilə inkişaf etməkdə olan Azərbaycanda insanların həyat tərzi daha da yaxşılaşacaq, gələcək nəsillərə hüquqi, demokratik və möhkəm dövlətçilik ənənələri olan, çiçəklənən Azərbaycan Respublikası ötürüləcək. Qərbi Ural, Volqaboyu vilayətləri azərbaycanlıları bu uğurların davamlı və daimi olması naminə xalqımızı 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində həmrəylik nümayiş etdirərək, Azərbaycandakı inkişafın və sabitliyin təminatçısı İlham Əliyevə dəstək olmağa səsləyir.
Müraciət Qərbi Ural, Volqaboyu azərbaycanlıların fəallar yığıncağında qəbul edilmişdir.