Avropa Parlamentinin müşahidəçiləri artıq Azərbaycandadır
7 Oktyabr 2013 16:04 SiyasətAzərbaycanda 9 oktyabr tarixli prezident seçkilərini üzləmək məqsədilə Avropa Parlamentinin (AP) yeddi deputatı öz seçki müşahidə missiyasını başlamaq üçün bu gün Bakıya gəlib. Missiyasının məqsədi Azərbaycanda 2013-cü il tarixli prezident seçkilərinin ölkənin beynəlxalq öhdəliklərinə və dövlət qanunvericiliyinə uyğun şəkildə aparılıb-aparılmamasını qiymətləndirməkdir. Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) tərəfindən müəyyən edildiyi və əsas mülki və siyasi hüquqlarda əsaslandırıldığı kimi Avropa Parlamentının deputatları öz işində beynəlxalq standart və meyarlara riayət edəcəklər. Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini müxtəlif beynəlxalq təşkilatları təmsil edən 300 nəfərdən artıq beynəlxalq müşahidəçinin üzləyəcəyi gözlənir.