"Ona görə də cəmiyyətdə müxalifət liderlərinə inam itib"

"Seçki öncəsi Milli Şura daxilindəki qalmaqallar və qarşılıqlı ittihamlar seçkilərdə bu təşkilatın göstəricilərinə mənfi təsir edəcək".Bu sözləri Milli.Az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Büllur Hümbətov bildirib.Onun sözlərinə görə, müxalifətin indiyə qədər olan bütün birliklərində belə olub. Birləşiblər, sonra parçalanırlar və cəmiyyətdə özlərinə qarşı çox pis əhval-ruhiyyə yaradırlar."Cəmiyyətdə ona görə müxalifət liderlərinə inam itib", - o vurğulayıb.B.Hümbətov AXCP-nin sədr müavini Asəf Quliyevin istefasına da münasibət bildirib. "Bu şəxs Milli Şuranın mitinq komitəsinə rəhbərlik edirdi. Nə oldu ki, birdən-birə o istefa verdi? Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Asəf Quliyevin istefası da Milli Şura üçün təsirsiz ötüşməyəcək", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00