"Milli Şura tamamilə sıradan çıxıb"
7 Oktyabr 2013 15:55 Siyasət"Milli Şura başqa qüvvələrinin layihəsi idi və Azərbaycana qarşı bir təhdid idi. Sonrakı mərhələdə bu təhdid aradan qalxdı və Milli Şura öz mahiyyətindən fərqli bir formatda ortaya çıxdı". Bu sözləri Milli.Az-a açıqlamasında Azadlıq partiyasının sədri Əhməd Oruc deyib. Onun sözlərinə görə, başqa qüvvələrin prosesə təsiri aradan qalxdıqdan sonra bir sıra partiyalar Milli Şuranı tərk etməyə başladılar. Təşkilat öz formatını qoruyub saxlaya bilmədi. "İndi Milli Şura adı ilə fəaliyyət göstərən AXCP və Müsavat partiyalarıdır. Şuranın icra aparatının rəhbəri Eldar Namazov faktiki olaraq ortada yoxdur. Sədr Rüstəm İbrahimbəyovun prosesdə heç bir izi görünmür. Milli Şura, onunla bağlı konsepsiya tamamilə sıradan çıxıb", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00