AVCİYA Bakı şəhərində seçkilərlə bağlı seminarlara yekun vurdu
7 Oktyabr 2013 15:06 SiyasətAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ilə əlaqədar Bakı şəhərində də seminarlara yekun vurdu. Bakı şəhəri üzrə seçki müşahidəçiləri üçün təşkil olunmuş seminarlarda AVCİYA Seçki Qərargahının rəhbəri, t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı məruzələr edib. M. Zülfüqarlı öz çıxışında müşahidəçilərin hüquq və vəzifələri, seçki günü monitorinq zamanı görəcəyi işlər haqqında konkret məlumatlar verib. Bundan başqa tədbirlərdə müşahidəçilərə MSK -da qeydiyyatdan keçmiş vəsiqələr, seçki günü istifadə etmək üçün qovluqlar və yaddaş kitabçaları paylanmışdır.
AVCİYA Seçki Qərargahı müşahidəçilər üçün son seminarı Sumqayıtda keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00