Urmas Paet: “Şərq Tərəfdaşlığı proqramında iştirak etmək Azərbaycanın öz istəyindən asılıdır”
7 Oktyabr 2013 14:54 SiyasətEstoniya xarici işlər naziri Urmas Paet Rusiyanın "İnterfaks" İA-ya verdiyi məlumata görə, Avropa İttifaqı Azərbaycan, Ermənistan, Ukrayna,Moldova və Belorusla əməkdaşlıq etməkdə maraqlıdır. Paet qeyd edib ki, təşkilat adı çəkilən dövlətlərin Şərq Tərəfdaşlığı proqramında iştirak etmələri üçün işlərini davam etdirir: "Gürcüstan, Ukrayna və Moldovanın Vilnüsdə keçiriləcək sammitdə proqramla bağlı müvafiq sənədə imza atacaqları dəqiqdir. Ermənistan proqramda iştirak etməyə maraqlı olsa da bəzi səbəblərdən dolayı bu mümkün olmaya bilər. Belorus isə ümumiyyətlə Aİ ilə əməkdaşlıq etməkdə maraqlı görünmür. Şərq Tərəfdaşlığı proqramında Azərbaycanın iştirak etməsi bu dövlətin istəyindən asılıdır. Azərbaycan tərəfi hələlik bu istiqamətdə təmkin nümayiş etdirir. Paet bildirib ki, Ukraynanın Şərq Tərəfdaşlığı proqramında iştirak etməsi Rusiyaya qarşı hazırlanmış plan deyil. ("OLAYLAR İA")