Səbail rayonunun təhsil işçiləri İlham Əliyevi dəstəkləyəcəklər

Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Müəllim günü münasibəti ilə rayonun rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə ənənəvi toplantı keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışıb. Məktəblərin təmir olunmasından, yeni avadanlıqlarla təchiz olunmasından danışıb.

Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmiş, əmin etmişlər ki, qarşıdan gələn Prezident seçkilərində Səbail təhsil işçiləri yekdilliklə İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcəklər.  

Tədbirdə rayonun bir qrup qabaqcıl təhsil işçisinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00