Avstriyada Avropa Ombudsmanlarının beynəlxalq konfransında Dağlıq Qarabağ məsələsi qaldırılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri, Zaur Əliyev Avstriyada Avropa Ombudsmanlar İnstitutunun 15 illiyinə həsr edilmiş "Avropada Ombudsmanların müstəqilliyi" mövzusunda yubiley konfransına iştirak qatılıb. Konfrans çərçivəsində Avropa Ombudsmanlar İnstitutunun prezidenti, onun müavinləri, həmçinin idarə heyəti üzvlərinin seçkiləri keçirilib.

Özünü "Müstəqil Dağlıq Qarabağ Respublikasının" Ombudsmanı kimi təqdim edən Yuriy Hayrapetyanın çıxışından sonra,  konfransın rəyasət heyətinə müraciət edərək, hər bir iştirakçıya yalnız bir dəfə çıxış etmək imkanı verilməsinə baxmayaraq söz istəyən Z. Əliyev öz çıxışında, ilk öncə, qondarma respublikanın ombudsmanının bu tədbirdə iştirakına və çıxışına kəskin etirazını bildirmişdir. O, Y. Hayrapetyanın özünü müstəqil Dağlıq Qarabağ Respublikasının ombudsmanı kimi təqdim etməsinin beynəlxalq hüquq normalarına tamamilə zidd olduğunu, belə ki, belə bir dövlətin mövcud olmadığını, həmin ərazinin Azərbaycanın tərkib hissəsi, tarixi torpaqları olması faktını vurğulayıb.

Avropa Ombudsmanlar İnstitutunun beynəlxalq qeyri-hökumət təşkilatı olaraq, beynəlxalq hüquq normalarına saymazyana yanaşdığı, hörmətsizlik nümayiş etdirdiyi,  həmin şəxsi üzvlüyə qəbul etməklə, öz tədbirinə dəvət etdiyi və çıxışı üçün imkan yaratdığı bildirilib.

Z.Əliyevin çıxışından sonra Y.Hayrapetyan iclasdan kənarlaşdırılıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00