Döyüş bölgələrinə səfərlər təşkil olunacaq
7 Oktyabr 2013 12:21 Siyasət"Bakı Gənclər Klubu" İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Vətəni qoruyan və yaşadan qəhrəmandır" adlı layihəsinin icrasına başlanılıb. "OLAYLAR"-a daxil olan məlumata görə, bu məqsədlə keçirilən tədbirdə qeyd edilib ki, layihənin məqsədi gənclər arasında vətənpərvərlik tərbiyyəsini gücləndirmək, Azərbaycanın müstəqilliyi və ərazi bürövlüyü uğrunda döyüşmüş qəhrəmanlarımızın tanıdılmasına nail olmaqdır. Layihə çərçivəsində təlimlərin və döyüş bölgələri olan Füzuli, Beyləqan, Ağdam, Tərtər rayonlarına səfərlərin təşkil edilməsi nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00