Qırğızıstanın Azərbaycan icmalarından İlham Əliyevə dəstək
7 Oktyabr 2013 12:19 SiyasətTürkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Qırğızstandakı Azərbaycan icmalarının toplantısı keçirilib. Fondun sədri Nüsrət Məmmədov "OLAYLAR"-a bildirib ki, toplantıda Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd dövlət başçısı İlham Əliyevə dəstək bəyanatı qəbul edilib. Bəyanatda qeyd edilir ki, bu gün güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik olan dövlətimiz prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Beynəlxalq arenada qazanılan bu möhtəşəm uğurun əsasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən novatorcasına davam etdirilməsi kursu dayanır: "2013-cü ilin oktyabrında Azərbaycan vətəndaşları prezident seçkilərində növbəti 5 il üçün ölkənin taleyüklü gələcəyini müəyyənləşdirəcəklər. Xalqımız bu seçkidə Azərbaycanın gələcəyinə səs verməklə əslində inkişafa hədəflənmiş öz perspektivlərini müəyyənləşdirəcəklər. Bu reallıqdan çıxış edərək, Qırğızstan icmaları olaraq prezident seçkilərində davamlı inkişaf, qüdrətli dövlət və daha güclü Azərbaycan naminə cənab İlham Əliyevi dəstəkləyəcəyimizi bəyan edirik. Bütün Azərbaycan xalqını 9 oktyabrda ona səs verməyə çağırırıq"
Qeyd edək ki, toplantıda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov, "Qırğızıstan Azərbaycanlıları Konqresi" İctimai Birliyinin prezidenti Çingiz Ələsgərov, Kara Baltadakı "Sodrujestvo" Cəmiyyətinin prezidenti Mirzəli Rzayev, "Qırğızıstan Azərbaycanlıları Əlaqələndirmə Mərkəzi" İctimai Birliyinin prezidenti Cəbi Rəsulov və İssıkkuldakı "Xəzər" İctimai Birliyinin prezidenti Ziyəddin Hüseynov iştirak edib.