Ermənilərin düşməni Bakıya gələcək
Aureliya Qrioqoriu paytaxtımızda keçiriləcək Beynəlxalq Humanitar Forumda iştirak edəcək
5 Oktyabr 2013 07:17 SiyasətErmənistan parlamentində qorxmadan erməniləri ifşa edən və Azərbaycanın xeyrinə çıxış edən Moldovanın ombudsmanı Aureliya Qrioqoriu Bakıya gələcək. ANS PRESS-in məlumatına görə, Aureliya xanım oktyabrın 30-da Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumda iştirak edəcək.Xatırladaq ki, Moldovanın ombudsmanı Aureliya Qrioqoriu İrəvanda keçirilən toplantıda Azərbaycan torpaqlarının 20 faizini Ermənistanın işğal etdiyini, erməniləri azərbaycanlılara qarşı soyqırım apardığını söyləmişdi. O, bu çıxışından sonra Ermənistandan çətinliklə salamat çıxa bilmişdi və hələ də ermənilərin təzyiqinə məruz qalır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00