Ukrayna,Rusiya,Norveç və Finlandiyadan İlham Əliyevə dəstək
Xaricdə yaşayan azərbaycanlılar prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıblar
4 Oktyabr 2013 18:59 SiyasətUkraynada yaşayan soydaşlarımız və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Azərbaycanda keçirilən seçkilərlə əlaqədar dünya azərbaycanlılarına müraciət edib.
ANS PRESS-in məlumatına görə, Ukrayna-Azərbaycan Biznes Şurası və Xarkov vilayətinin Azərbaycan-Ukrayna "Dostluq" cəmiyyəti dünya azərbaycanlılarına 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən müraciət ünvanlayıb.
Hər iki təşkilatın müraciətində Ukraynada yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yürüdülən daxili və xarici siyasəti dəstəklədiyi qeyd olunur.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanatla çıxış edib.
Qeyd edək ki, Hikmət Cavadovun rəhbərliyi altında fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunda 20-dək Azərbaycan diaspor təşkilatı təmsil olunur.
Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva,Murmansk, Tomsk, İvanov, Stavropol bölmələri 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən müraciət yayımlayıblar.
Finlandiya və Norveç azərbaycanlıları da prezidentə dəstəklərini bildiriblər.