Əhali seçki ilə bağlı maarifləndirilib
MQF seçki koalisiyası hesabat verdi
4 Oktyabr 2013 18:56 SiyasətBu gün BMM-də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "MQF seçki koalisiyası" tərəfindən icra edilən "Azərbaycan Respublikası Prezidentliyinə seçkilər ilə bağlı əhalinin maarifləndirilməsi tədbirləri" layihəsinin yekun hesabat konfransı keçirilib. MQF-nin prezidenti Rauf Zeyni koalisiyanının işi, layihənin məqsədi, həyata keçirilməsi mexanizmi və nəticələri haqda məlumat verib. O, bildirib ki, koalisiyaya beş QHT daxildir. Layihənin əsas məqsədi 2013-cü il oktyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsində seçici fəallığının artırılması, seçki prosesi və seçici hüququ ilə əlaqədar olaraq əhalinin məlumatlandırılması, maarifləndirmə işinin təşkili olunmasıdır. Layihənin icrası ilə bağlı olaraq Mingəçevir, Ağdaş, Zərdab, Ucar, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Saatlı rayonlarında, eləcə də, Bakının Suraxanı, Binəqədi, Xəzər, Nizami, Qaradağ, Yasamal rayonlarında ümumilikdə 1500 nəfərdən artıq seçicinin iştirakı ilə seçki maarifçiliyi haqda təlimlər keçirilib. Layihənin koordinatoru Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib ki, layihə ilə bağlı respublika və yerli mətbuatda 96 məlumat dərc edilmiş, mərkəzi və yerli TV-lərdə 31 informasiya yayımlanıb. OLAYLAR