Novruz Məmmədov: “Aİ rəsmilərinin bəyanatı qərəzlidir” VIDEO

PA şöbə müdirinin sözlərinə görə, Ştefan Füle öz vəzifə səlahiyyətlərindən kənara çıxaraq sanki Azərbaycana nəzarətçidir

"Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton, Genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin Azərbaycanda baş verən son hadisələrin seçki qabağı dövrə, insan hüquqlarına və ölkədəki siyasi vəziyyətin azadlığına təsir etməsindən narahat olduqlarına dair yazdıqları bəyanat obyektivlkdən uzaq və qərəzlidir". Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun sözlərinə görə, Ştefan Füle öz vəzifə səlahiyyətlərindən kənara çıxaraq Azərbaycana sanki nəzarətçidir.  O, öz fəalliyyəti dövründə Azərbaycanla bağlı qeyri-səmimi bəyanatları ilə yadda qalıb. Novruz Məmmədov qurum rəsmilərinin bu cür bəyanatının Azərbaycanın Avropa İttifaqı arasında əməkdaşlığına və bu əməkdaşlığın inkişafına xidmət etmədiyini deyib.

"Ermənistan tərəfindən Azərbaycanın əraziləri 20 ildən artıqdır ki, işğal altındadır. Bununla bağlı, Ş.Fülenin bir dəfə də olsun bəyanatını görə bilməzsiniz. Yaxud bu illər ərzində Azərbaycanın bir milyondan artıq qaçqını var, lakin nə onlar haqqında, nə də Azərbaycanın ərazi bütövlüyü haqqında cənab Fülenin heç bir bəyanatını görə bilməzsiniz. Necə olur ki, Azərbaycandakı bu vəziyyət haqqında burdan xəbəri olmadan kənardan danışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00