“Avropa İttifaqı Rusiya ilə qarşıdurmaya getməyəcək” - Elxan Mehdiyev

“Ermənistan Şərq tərəfdaşlığı proqramında iştirak edə bilməyəcək”

"Ermənistan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edə bilməyəcək. Birmənalı şəkildə Sərkisyan Moskvada olarkən Ermənistanın Gömrük Birliyi, sonradan isə Avrasiya iqtisadi Birliyində iştirak edəcəyinə dair Moskvaya söz verdi" - "OLAYLAR"a açıqlamasında politoloq Elxan Mehdiyev belə deyib. Politoloq hesab edir ki, Ermənistan Rusiyaya qarşı gələrək Avropa İttifaqına razılıq verməyəcək. Lakin buna baxmayaraq Ermənistan Gömrük Birliyi ilə yanaşı Aİ-nin assosiativ üzvü kimi Şərq Tərəfdaşlığı proqramında da iştirak etməyə çalışır. E.Mehdiyev qeyd etdi ki, rəsmi İrəvan həmçinin həmin proqramın siyasi reform aparan maddələrini də imzlamağa hazır olduğunu bəyan edir: "Qərb açıq şəkildə bildirir ki, Ermənistan həm Gömrük Birliyində, həm də Avropa İttifaqına üzv kimi iştirak edə bilməz. Ermənistan ətrafında yaranmış vəziyyətin Avropa İttifaqı ilə Rusiya arasında gərginliyə səbəb olacağı inandırıcı deyil. Təbii ki, Moskva Avropa İttifaqının Ermənistan vasitəsilə regionda möhkəmlənməsini istəmir. Amma bütün hallarda Avropa İttifaqı Ermənistana görə Rusiya ilə mübahisəli müzakirələrə getməyəcək". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00