Cəmil Həsənli, pullar hanı?

Milli Şuradan prezidentliyə namizəd Cəmil Həsənlinin seçkiqabağı təşviqat və təbliğat kampaniyası ilə bağlı xərclərin məbləği hələ də açıqlanmayıb. C.Həsənlinin seçicilərlə görüşlərindən tutmuş, plakat və posterlərinin çapı, sosial şəbəkələrdə təbliğatının aparılması üçün nəzərdə tutulmuş maliyyə vəsaitinin təq ribi həcmi açıqlanıb. Lakin bu məbləğ elə müxalifət düşərgəsində suallar doğurub və birmənalı qarşılanmayıb. Milli.Az bildirir ki, sosial şəbəkələrdə, xüsusilə də Facebook və Twitter-dəki müzakirələrdə prezidentliyə namizəd C.Həsənlinin rəqiblərindən gəlir və xərclərin şəffaflığını tələb etdiyi halda, öz təşviqat kampaniyasında xərcləri göstərməməsi ən azı anlaşılmaz təsir bağışlayır. "Cəmil Həsənlinin tələblərini anlamaq olar. O, rəqiblərindən seçkiqabağı xərclərin, gəlir və sərfiyyatların açıqlanmasını istəyir. Lakin onun özünün təbliğat kampaniyası, xüsusilə də seçicilərlə görüşləri və sosial şəbəkələrdən tutmuş, kütləvi informasiya vasitələrinədək təşviqatına sərf edilən pulların həcmi niyə göstərilmir?" - özünü "köhnə müxalifətçi" kimi təqdim edən Aydın Səlimov bildirib.
Təvəkkül Dadaşov isə vurğulayıb ki, onun hesablamalarına görə, Milli Şuranın seçkiqabağı təbliğat kampaniyası başlanandan bəri 312 min manata yaxın pul xərclənib. "Hanı o pullar, nəyə sərf olunub, necə xərclənib? Fəaliyyəti görürük, amma maliyyə sərfiyyatının şəffaflığının olmaması, təbii ki, suallar yaradır. Mən də soruşuram: Cəmil Həsənli, pullar hanı?" Milli.Az-a Milli Şuradan verilən açıqlamada isə C.Həsənlinin seçkiqabağı təbliğat kampaniyası ilə bağlı maliyyə prosesinin "tam şəffaf olduğu və bu barədə mütəmadi məlumatların verildiyi" vurğulandı, "iddiaların tam əsassız olduğu" deyildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00