Prezident İlham Əliyevin alternativi yoxdur
4 Oktyabr 2013 14:24 SiyasətBu günlər Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı seçkilərə ciddi hazırlaşır. Ümumiyyətlə, kollektiv 2013-cü ilin əvvəlindən işlərini iki mühüm hadisə üzərində qurub. Ulu öndər Heydər Əliyevin 90 illiyi və prezident seçkilərinə hazırlıqdır. Bu mühüm tədbirlərin hər ikisi bir-birilə əlaqədardır. Yubiley ərəfəsində rayon ərazisindəki 24 min partiya üzvünün fəallığının təmini üçün geniş fəaliyyət proqramı həyata keçirildi. Təşkilatın sədri Zahid Qaralov:
- Seçki qanunvericiliyinə və seçki cədvəlinə uyğun gündəlik fəaliyyət proqramı tərtib olunmuşdur. Hazırda həyata keçirdiyimiz bütün işlər plan üzrə gedir. Rayon ərazisindəki seçicilərin tərkibi dəqiqləşdirilmiş, 1500-dən artıq partiya fəalı bu işə cəlb edilmişdir. Rayon ərazisndəki seçicilərin tərkibi dəqiqləşdirilmiş, 1500-dən artıq partiya fəalı bu işə cəlb edilmişdir. Rayon ərazisində daimi qeydiyyatda olan və olmayan sakinlərin dəqiq siyahısı tərtib olunmuşdur. Bu günə kimi rayon ərazisində yüz mindən artıq əhali yaşayır. Bu insanların 47 min 300 nəfəri seçki hüququna malikdir. Onlardan 1400 nəfərə yaxını rayon ərazisində işləyən, amma digər rayon və şəhərlərdə daimi qeydiyyatda olan vətəndaşlardır. Bu vətəndaşlarla müntəzəm əlaqə saxlanılır, seçki vaxtı onların harada səs verəcəyi dəqiqləşdirilmişdir. 2 seçki dairəsinin 40 seçki məntəqəsindəki YAP üzvlərinin, müşahidəçilərin, məşvərətli səs hüququ olanlar müəyyənləşdirilmişdir. Rayonda 109 ərazi təşkilatı fəaliyyət göstərir. Həmin təşkilat sədrləri ilə seminarlar keçirilmiş, seçki məntəqələrinə cavabdehlik bilavasitə onlara tapşırılmışdır. Fəal gənclərdən ibarət bayraqdarlar formalaşdırılmış, onlarla tez-tez iş aparılır. Seçicilər kateqoriyalara bölünmüş, ilk dəfə səs verən gənclərlə, eyni zamanda partiya üzvü olan və olmayan gənclərlə iş gedir, seminarlar keçirilir. Seçkiyə cəlb olunmuş yaşlı və orta nəslin nümayəndələri, ahıllar, rayon ərazisində yaşayan 1500-ə yaxın müharibə veteranı, həmçinin "91-lərlə" ayrı-ayrılıqda iş aparılmışdır. Öncədən bir neçə qrupun iştirakı ilə montorinqlər keçirilmişdir. Qeyd etmək yerinə düşərdi ki, əvvəlik illərə nisbətən mütəşəkkillik dəfələrlə güclənmişdir. Sakinlər öz mövqeyini dəqiqləşdirib. Hazırlıq işləri tam hazırdır. Seçkinin keçirilməsi üçün bütün texniki vasitələr həll olunmuşdur. Seçki məntəqələri tamamilə təmir edilmiş, ən müasir zəruri avadanlıqlarla təchiz olunmuşdur. Bununla yanaşı partiyanın Səbayel rayon təşkilatında seçki qərargahı yaradılmış, 3 minə qədər vətəndaş təbliqat-təşviqat işlərində iştirak edəcəkdir. Mitinqlərin keçirilməsi üçün də yer ayrılmışdır. Onlardan biri 20-ci sahə deyilən ərazidəki sürücülük məktəbinin həyətidir. Həmin yerdə müxalifət də aksiyalar keçirib. Digər ünvan hava şəraitinə uyğun olaraq Badamdar qəsəbəsindəki örtülü klubda nəzərdə tutulub.
Lakin seçicilərlə əsas görüş yeri partiyanın rayon təşkilatının qərargahıdır.
-Məlum olduğu kimi, prezident seçkilərində 10 nəfər namizədə qeydə alınmışdır. Sizcə, prezidentin alternativi olacaqmı?
-Yox. Çünki bunlardan heç biri İlham Əliyevə ciddi rəqib ola bilməz, onun alternativi yoxdur. Milli Şuraya gələnlər Rusiya vətəndaşını özlərinə sədr, sonra isə vahid namizəd seçdilər. Öncə Milli Şurada geniş xalq kütləsinin təmsil olunduğunu bəyan edərək YAP-a qarşı ciddi təşkilat kimi qələmə verdilər. Rusiyaya bağlılığı olan Rüstəm İbrahimbəyovu özlərinə rəhbər seçən müxalifət liderləri onu milli birlik kimi xalqa təqdim etdilər. Amma bu belə deyildi, vaxt bunu bir daha təsdiq etdi. Hazırki dövrə kimi, müxalifət liderlərinin bəlkə də yüzlərlə belə "birliyi" olub. Axırda "birliyi" elə özləri dağıdıb. Milli Şurada bir olmağa yığışan müxalifət liderləri birlik təəssüratı yaratsalar da varlığında pərakəndəlik, ayrıseçkilik, fərdililik yaşadırlar. Zənnimcə, bu birlik ölü doğulan uşağa bənzəyir. Milli Şuraya üzv olanlar Rusiya, Avropa, Amerikanın əməyindən yapışıblar. Müntəzəm bu ölkələrə səfər edir, gah da qonaqlar dəvət edərək görüşlər keçirir. Fikrimcə xarici qüvvə heç vaxt bizim taleyimizi həll edə bilməz, əgər həqiqətən xalqın təəssübünü çəkir, mənafeyini fikirləşirsənsə gəl mənimlə görüş, ölkənin problemini ancaq azərbaycanlılar həll edir, əcnəbilər yox. Azərbaycan prezidentini xalqımız seçəcəkdir. Tam qətiyyətlə, deyə bilərəm, ölkə vətəndaşları İlham Heydər oğlu Əliyevi dəstəkləyəcək, ona səs verəcəkdir. Dediyim kimi, onun alternativi yoxdur.
Şövkət Hüseynova