TBMM-də Suriya ilə bağlı qanun layihəsi qəbul olunub

Türkiyə Böyük Millət Məclisində Suriya ilə bağlı Türk silahlı Qüvvələrin xarici ölkələrə göndərilməsi və buna imkan verən lazımi işlərin hökumət tərəfindən verilən əsasnamələrə əsasən görülməsi üçün hökumətə verilən səlahiyyətlərin bir il daha uzadılmasını təklif edən qanun layihəsi qəbul edilib. Qəbul edilən qanun layihəsi Suriyadakı vəziyyətin regionun təhlükəsizliyi üçün maneə törətdiyini bir daha sübut etdi.

Qəbul edilən qanun layihəsi ilə bağlı ilk fikri MHP-nin Ankaradan seçilmiş millət vəkili Tuğrul Türkeş bildirib. Türkeş qeyd edib ki, Türkiyənin Suriya üzrə siyasətinin bu ölkənin ərazi bütövlüyünün qorunması olduğunu bildirib.

CHP-nin Adanadan seçilmiş millət vəkili Faruk Loğoğlu Suriyada daxili müharibənin sona çatdırılması üçün diplomatik səylərin artdığı bir vaxtda AKP-nin vbir müharibə sənədi irəli sürdüyünü diqqətə çatdırıb. Loğoğlu hökumətin məsuliyyətsiz Suriya siyasətinin Türkiyəni müharibənin içinə sürüklədiyini bildirib.

Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmaz da günahsız insanları öldürən adı Əl-Qaidə olsun, Əl-Nusra olsun, PKK olsun, nə olursa olsun hamısı terror təşkilatıdır deyə fikirlərini ifadə edib. İsmət Yılmaz həmçinin Suriyanın dünyada ən geniş kimyəvi silaha sahib ölkə olduğunu diqqətə çatdırıb. İsmət Yılmaz: "Biz Bəşər Əsədin yanında olmadıq, Bəşər Əsədin yanına gedənlərə də rəhbərlik etmədik. Əgər Bəşər Əsədin yanında olsanız, kimin kimyəvi silahdan istifadə etdiyini görə bilməzsiniz" deyə bildirib("OLAYLAR" İA).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00