Ermənistan Azərbaycanın bütün tələblərini qəbul edib sülh müqaviləsini imzalamalıdır-Zeynal Əmrəliyev- ÖZƏL

"Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri arasında keçirilən Berlin görüşü münaqişənin həlli üçün çox mühüm əhəmiyyət kəsb edir. Biz həmən görüş zamanı Almaniyanın dürüst vasitəçilik missiyası apardığını gördük".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Nazirlərin görüşündən gördüyümüz səmimi mühitdə keçməsi və müsbət mesajların verilməsidir. Ancaq Ermənistan tərəfi bu məsələdə sonuna qədər səmimi olduğunu göstərməlidir. Biz Münhen görüşündən sonra da oxşar vəziyyəti gördük. Münhendə sülhlə bağlı müsbət mesajlar verildi, ancaq biz Parisdə Paşinyanın Makronla sülh əlehinə tamamilə fərqli açıqlamalarının şahidi olduq. Ermənistan yenə belə davam edəcəksə, heç bir irəliləyişdən söhbət getməyəcək. Azərbaycan sülh razılaşmasına sadiqdir, sülh müqaviləsinin tez bir zamanda imzalanmasını istəyir. Sülh müqaviləsinin imzalanması regionda ən çox məhz Ermənistanın xeyrinə olacaq hadisədir. Azərbaycan və Türkiyə arasında kommunikasiya xətlərinin açıqlaması Ermənistanın üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Ermənistanı həm Rusiyanın, həm Qərbin asılacağından xilas edə bilər. Ancaq təəssüf ki, Ermənistanı idarə edənlər bunu anlamaq istəmirlər. Müxtəlif paytaxtlardan həmən əmrləri yerinə yetirirlər. Paşinyan və komandası belə davam edəcəksə, bölgədə heç bir sülh baş tutmayacaq və bütün vasitəçilik təşəbbüsləri iflasa uğrayacaq. Ermənistan Azərbaycanın bütün tələblərini qəbul edib sülh müqaviləsini imzalamalıdır. Onun başqa yolu yoxdur və Ermənistan üçün ən sərfəli variant  elə budur. Əksi Ermənistan üçün faciə ilə nəticələnəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31