Prezident İlham Əliyev hər birimizin ürəyindən xəbər verən fikirləri söylədi- ÖZƏL

"Almaniyanın Azərbaycanla geniş əməkdaşlıq məqsədilə ölkəmizə göndərdiyi  40-dan artıq şirkətinin rəhbərləri, eləcə də təmsilçiləri ilə görüşdə Prezident İlham Əliyev hər birimizin ürəyindən xəbər verən və əminəm ki, geniş reaksiya doğuracaq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, dövlət başçısı nümayəndə heyəti ilə görüşdə bir sıra fikirlər söylədi ki, onların arasında Minsk qrupu həmsədrlərini konkret adlarını çəkməklə prinsipial olduğu qədər də açıq tənqid də vardı: "Otuzillik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya - həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31