Azərbaycan və Ermənistan XİN rəhbərləri Berlində danışıqları bu gün DAVAM ETDİRƏCƏK
29 Fevral 2024 12:05 SiyasətAzərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Berlində davam etdiriləcək.
Olaylar.az xəbər verir ki, danışıqlar fevralın 28-də başlayıb.
Dünən əvvəlcə nazirlər arasında ikitərəfli görüş keçirilib. Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirilib.
Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31