Xalqımız 30 il torpaq həsrəti ilə yaşasa da, heç zaman ümidini itirmədi- ÖZƏL
29 Fevral 2024 10:40 Siyasət"Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıb. Bu il yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək. O cümlədən yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq. Yəni, quruculuq işləri geniş vüsət alıb". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev deyib: "Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu torpaqların sahibidir, həmçinin qurucu xalqdır. Ermənilərin 30 il dağıtdıqları, yerlə-yeksan etdikləri ərazilərdə genişmiqyaslı, müasir tələblərə cavab verən, gələcəkdə soydaşlarımızın yüksək rifah şəraitində yaşayışını şərtləndirən şərait yaradılır. Mənfur düşmən 30 il şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə müharibədən dərhal sonra bərpa işlərinə start verməklə iqtisadi imkanlarını bir daha təqdim etdi. Qeyd etdiyimiz kimi, bu qısa müddətdə keçmiş köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıdıb.
Keçmiş məcburi köçkünlərin öz dogma yurd-yuvalarına qayıdışı hər birimizi qürurlandırır. Xalqımız 30 il torpaq həsrəti ilə yaşasa da, heç zaman ümidini itirmədi. Daim bu inam ifadə edilirdi ki, dövlətimizin uğurlu siyasəti, qətiyyəti nəticəsində torpaqlarımız tarixi sahibinə qayıdacaq, bu ərazilərdə yeni həyat başlayacaq".