Ermənistanın yeganə çıxış yolu Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir- ÖZƏL

"Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri zamanı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırır. Xocalı şəhərindən ünvanlanan mesajlar da qarşı tərəfə ciddi düşünmək üçün çağırışdır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyevin sözlərinə görə, 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlət başçısı belə bir çağırışı etdi: "Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir". Göründüyü kimi, 3 ildən artıq dövrdə bütün planlar ardıcıllıqla həyata keçirilir. Tarixi ədalət bərpa edildi. Suverenliyimiz tam təmin olundu. İşğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Xocalı faciəsinin qurbanlarının, bütün şəhidlərimizin ruhu şaddır. 30 illik işğala, soydaşlarımızın torpaq həsrətinə son qoyulub. Qalib ölkə olaraq diktə edən tərəf Azərbaycandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31