Bu tədbir ölkəmiz üçün böyük uğurdur-Ramiz Alıyev- ÖZƏL

"COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz və dövlətimiz üçün çox böyük bir uğurdur. Bu uğuru hər bir vətəndaşımız bilməli, mənasını anlamalıdır və üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməlidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev qeyd edib:

"Xatırlayıram ki, 2015-ci ildə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi zamanı və ondanda öncə 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycanda keçirildiyi vaxtda Azərbaycan həmin mədəni tədbirlərə və idman tədbirinə ev sahibliyi edərkən, çox böyük təcrübə qazanmışdır və ondan sonra da Azərbaycanda bir çox beynəlxalq tədbirlərin həyata keçirilməsi, Qoşulmama Hərəkatının müəyyən tədbirlərinin Azərbaycanda keçirilməsi və dünya liderlərinin Azərbaycanda iştirak etməsi kimi prosesləri Azərbaycan bir təcrübə olaraq keçmişdir. COP29-un da ölkəmizdə layiqincə keçiriləcəyindən heç bir şüphəmiz yoxdur. İstər Azərbaycana gələcək qonaqların təhlükəsizliyinin təmin olunması məsələsi, istər oların yerləşdirilmə məsələsində, burada otel və restoran sahəsində çalışan əməkdaşlar, taksi xidməti ilə məşğul olan sürücülər və digər sahələrlə məşğul olan vətəndaşlarımız və səlahiyyətli şəxslərimiz də daxil olmaqla hər kəs bu məsuliyyəti anlamalı və riayət etməlidir. Azərbaycana xeyli sayda dövlət, hökümət başçıları və onlarla yanaşı digər sadə qonaqlar da gələcək. Rəsmi qonaqların dövlət səviyyəsində qarşılanması və yerləşdirilməsi baş tutacaq. Təşkilat Komitəsinin tərkibində xeyli dəyişikliklər olur, genişləndirilir. İstər vətəndaş cəmiyyəti, istər mətbuat nümayəndələr, eyni zamanda müxtəlif sahədə çalışan vətəndaşlarımız azərbaycanlılığımızı və qonaqpərvərliyimizi göstərmək, bununla bağlı istər mediada, istər tədbirlərdə insanların davranış qaydalarının hansı formada olması ilə bağlı işlərin aparılması da müzakirə olunur. Ölkəmiz digər tədbirlərdə necə müsbət imic qazanmışdısa, COP29 təbdirində və onun tədbirləri çərçivəsində keçiriləcək iclaslarda, görüşlərdə də o imici biz qazanacağıq. Buna heç kimin şüphəsi yoxdur".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31