Nə Rusiya, nə də qərb  "Arsax"ı yenidən dirçəltmək güçündə deyil- ÖZƏL

"Rusiyada bəlli çevrələrə bağlı Qorçakov Fondunun başında duranların bir neçə gün öncə İrəvanda hay ekspertlərlə görüşdə Ukraynadakı savaş bitdikdən sonra yenidən hərtərəfli dəstəklənəcəkləri haqda dedikləri qarşı tərəfdə qətiyyən nikbinlik yaratmayıb". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: "Hayların tanınmış ekspertlərindən biri Aleksandır İskəndəryan bunun səbəbini qısaca belə izah edir ki, ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbilərindən sonra Rusiyanın Azərbaycan və hətta Ermənistan üzərində əvvəlki  təsirini qaytarması mümkünsüzdür. Daşnak zehniyyətli İskəndəryan açıq etiraf edir ki, onlar Rusiyanın əlində təzyiq aləti olduqarını yaxşı bilə-bilə bu rolla böyük məmnuniyyətlə razılaşıblar. Ancaq indi nə Rusiya, nə də qərb Azərbaycana istədiyini diqtə etdirmək və "Arsax"ı yenidən diriltmək güçündədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31