Avropa ölkələrinin bir çoxu şantaj siyasətinin qurbanlarıdır-Ramiz Alıyev-ÖZƏL
28 Fevral 2024 20:28 Siyasət"Almaniya həm ABŞ-nin Avropaya təsirinin olmasını istəmir, həm də Avropanın özünün müstəqil olaraq öz təhlükəsizliyini təmin etməsini tələb edir, bununla bağlı çağırış edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev qeyd edib:
"Almaniya Azərbaycanla Ermənistan arasında olan münaqişənin Fransanın təsirindən çıxmasını və Fransa təsir etmədən həll olunmasını istəyir. Almaniya həm Fransanın, həm də ABŞ-nin müəyyən təsirlərinə məruz qalır və Almaniya nə qədər çalışsa da, Fransanın Ermənistana olan təsiri və təzyiqi imkan vermir ki, nə Almaniya, nə də başqa bir dövlət, hansı ki Ermənistan və Azərbaycan arasında sülhün bağlanmasına çalışan hər hansısa dövlət və beynəlxalq təşkilat bu addımları ata bilsin. Bu, çox təəssüfləndirici məqamdır. Bunu həm Almaniya, həm də Avropanın bəzi ölkələri çox yaxşı bilir. Onlar Avropa İttifaqının Fransanın nəzarətində olduğunu açıq-aşkar görə bilirlər. Bunu özləri də etiraf edirlər. Ona görə də həmin ölkələrdən biri də Almaniyadır ki, onlar bilir ki, Fransa həm Avropa Şurasına, həm Avropa İttifaqına, ümumiyyətlə Avropaya böyük təsir gücünə malikdir. Hansı ölkə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı irəliləyiş əldə edirsə, dərhal sonra Fransa həmin ölkəyə təzyiq göstərərək, bu addımdan geri çəkilməyi və tərəfsiz fikir bildirməyi dayandırmağı, Ermənistan tərəfindən çıxış etməyi tələb edir. Bu da Fransanın şantaj siyasətidir. Avropa ölkələrinin bir çoxu şantaj siyasətinin qurbanlarıdır. Bu qurbanlardan biri də Almaniyadır ki, Almaniya öz istəyindən asılı olaraq Azərbaycanla Ermənistan arasında problemin həll olunmasına lazımi töhvəni verə bilmir. Çünki, Fransanın böyük təzyiqi və təhdidi var".