Biz əlbəttə ki, Aİ ilə strateji münasibətlərin qorunmasının tərəfdarıyıq-İlyas Hüseynov-ÖZƏL

"Qeyd etmək lazımdır ki, Azərbaycanın Ermənistana hücuma keçməsi ilə bağlı çoxsaylı fikirlərə rast gəlirik". 

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Bu fikirlərin heç bir əsası yoxdur. Bu gün cənab Prezident İlham Əliyev də almaniyalı iş adamları ilə görüşündə bildirdi ki, belə bir hədəf irəli sürülməyib. Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə komissarı Cozep Borell böyük yanlışlığa yol verir, eləcə də, bu miqyasda olan siyasətçi üçün yalan və həqiqətdən uzaq fikirlərin söylənilməsi yolverilməzdir. Eyni zamanda, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi də bildirib ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyi pozularsa, Aİ cavab verəcək. Belə görünür ki, erməni yalanları geniş ayaq açır və bu saxta fikirlər genişlənməkdədir. Eyni zamanda, erməni lobbisi, ermənipərəst dairələr də çalışırlar ki, by yalan daha geniş auditoriyanın diqqətinə çatsın. Paralel olaraq Ermənistan silahlanma imkanı əldə etsin və hətta Azərbaycana qarşı iqtisadi sanksiyalar tətbiq olunsun. Eyni zamanda, Peter Stano əlavə edib ki, bütün digər vasitələrlə istənilən məqsədlər əldə olunmadıqda sanksiyalar tətbiq olunmaqdadır. Biz əlbəttə ki, Aİ ilə strateji münasibətlərin qorunmasının tərəfdarıyıq. Bu xüsusda ikitərəfli münasibətlərin daha da inkişafı bizim üçün maraqlıdır. Lakin təəssüflər olsun ki, erməni lobbisi və onları himayə edən qüvvələr tamamilə ayrı siyasi gündəliyi genişləndirmək istəyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31