Qərb dairələri bu faktoru itirmək istəmir-Elçin Xalidbəyli- ÖZƏL

"Avropa Birliyi və digər Qərb siyasi dairələrindən verilən bəyanatlar sadəcə onu göstərir ki, Qərb siyasi dairələri erməni faktorundan Cənubi Qafqazdakı planları çərçivəsində istifadə etmək niyyətindədir. Bu faktoru itirmək istəmirlər və uzun illər öz əllərində saxlamaqda maraqlıdırlar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Ancaq məsələnin ən önəmli tərəfi ondan ibarətdir ki, Qərb siyasi dairələrinin "Ermənistanın ərazi bütövlüyü və suverenliyi pozularsa, cavab verəcəyik" tipli bəyanatları sadəcə söz yığınıdır. Avropa Birliyinin də, Fransanın da, digər Qərb qurumlarının da Cənubi Qafqazda hansısa radikal addımların və ya hansısa geopolitik addımların atılması üçün heç bir istinad mexanizmləri yoxdur. Belə mexanizmlərin olmayacağı halda Qərbin Cənubi Qafqazda hansıaa cavabı verməsi barədə iddiası sadəcə məntiqsizdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, erməni faktorundan Azərbaycan qarşı istifadə etmək istəsələr, Cənubi Qafqazdakı prosesdə erməni faktorundan yararlanmaq istəsələr də, Qərbin, xüsusilə Avropa Birliyi ölkələrinin Azərbaycana çox ciddi şəkildə ehtiyacı var. Azərbaycanın enerji resursları çox ciddi şəkildə hazırda Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında çox önəmli bir faktordur. Avropa Birliyi Ermənistan ucbatından belə önəmli dövlətlə, yəni Azərbaycanıa kəskin problemlər yaşamaqda qətiyyən maraqlı ola bilməz. Bu, siyasi bəyanatlardan başqa bir şey deyil və Azərbaycana qarşı heç bir addımın atılması gözlənilmir. Azərbaycanın əlindəki imkanlar, enerji resursları, Avropanın Yaşıl Enerji ilə təmin olunmasına yönəlik layihənin əsas iştirakçısı olması da Azərbaycanı qoruyan əsas siyasi, iqtisadi faktorlar siyahısına daxildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31