Azərbaycanın kəndləri əlbəttə, Azərbaycana qaytarılmalıdır-Tural İsmayılov- ÖZƏL
28 Fevral 2024 15:14 Siyasət"Ümumiyyətlə, Ermənistanın öhdəsinə götürdüyü öhdəliklər var. Bunların içərisində də Azərbaycanın anklav kəndlərini qaytarmaqla bağlı təbii ki, ortada konkret mövqe var".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Bütövlükdə delimitasiya komissiyalarının bundan sonrakı görüşləri, eyni zamanda, Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinin gələcək taleyi Azərbaycanın anklav kəndlərinin vəziyyətindən birbaşa asılı olan bir məsələdir. İki ölkə arasında əgər münasibətlərin normallaşmasından danışırıqsa, gələcək perspektivlərdən söhbət gedirsə, baxmayaraq ki, Qərb Ermənistanı müharibəyə hazırlaşdıraraq vəziyyətin gərgin olmağına çalışır. Hesab edirəm ki, şanslar və imkanlar hələ də tükənməyib. Baxmayaraq ki, Ermənistan sırf hərbi ritorikadadır, müharibəyə fokslanıbdır. Amma Azərbaycanın kəndləri də əlbəttə, Azərbaycana qaytarılmalıdır. Bu gün Ermənistan özü aktiv şəkildə Qərb və Fransa tərəfindən savaş psixologiyasına fokuslansa da indi erməni ictimai rəyində və dünya mediasında fərqli bir vəziyyət yaradaraq vəziyyəti tamam başqa cür izah etməyə çalışır ki, bu iddiaların da hesab edirəm heç bir real əsası yoxdur və ola da bilməz. Amma Ermənistan Azərbaycanın anklav kəndlərini Azərbaycana qaytarmalıdır. Yəni, bu normal danışıqlar fonunda baş verməsə əlbəttə ki, bizim hər an hərbi yolla ərazi bütövlüyümüzü bərpa etmək hüququmuz var".