Azərbaycanın haqlı addımlarının qarşısını almağa çalışırlar-Əli Mustafa- ÖZƏL

"İlk olaraq ermənilərin Azərbaycana qarşı irəli sürdüyü iddiaların, suçlamaların nə ilə bağlı olduğunu aydınlaşdıraq. Məncə, bunlar sadəcə olaraq Azərbaycanı gözdən salmağa çalışırlar. Dünya ictimaiətinin gözündə Azərbaycandan bir "xoxan" düzəltməyə çalışırlar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:

"Azərbaycanı işğalçı, qəzəbli, haqsız tərəf kimi gözdən salırlar. Həm də bunu bizim heçnə etmədiyimiz halda edirlər. Ehtimallar irəli sürürlər ki, Azərbaycan bunu edə bilər və o ehtimal üzərindən Azərbaycanın nüfuzunu aşağılayırlar. Bu, erməni riyakarlığının, şərəfsizliyinin klassik nümunəsidir. Məncə, bu məsələlərə qarşı Azərbaycan tərəfinin də çox ciddi reaksiyası olmalıdır. Onlar nəyisə desin, hansısa saxta ittiham irəli sürsün, sonra biz ona cavab verək, yalanlayaq, bu da doğru deyil. Biz onları ifşa etməliyik ki, onlar özlərini təmizə çıxarmaqla məşğul olsunlar. Konkret məsələyə gəldikdə isə, burda əsas məsələ erməninin hər fürsətdən istifadə edib, sanki Azərbaycanın haqlı addımlarının qarşısını almaq üçün öncədən həmlələr edirlər, şantaj edirlər ki, onu etməyəsən. 
Konkret 8 kənd Azərbaycanın kəndidir. Bunu ermənilər da etiraf edir, dünya da bilir. Üçtərəli sazişdə də bu, rəsmi olaraq öz əksini tapıb. Həmin sazişə əsasən ermənilər bu kəndləri azad etməlidirlər, amma etmirlər. Əslində bu gün məsələ qoyulmalıdır ki, sən öhdəlik götürmüsən, 8 kəndi azad et. Necə ki, müharibəni dayandırmışam, səni əzməmişəm, məhv etməmişəm, sənin də borcun 15 min əsgəri burdan çıxartmaq, yolu açmaq, Zəngəzur dəhlizini, Naxçıvana gedən yolu bərpa etmək, 8 kəndi azad etməkdir. Artıq burda erməniləri ifşa etmək lazımdır ki, bunlar yazılı müqaviləyə əməl etmirlər. Dünyada bunları ittiham etmək, lazım gələrsə, beynəlxalq məhkəməyə çıxartmaq lazımdır ki, qoy BMT bir qərar da çıxarsın ki, 8 kəndi azad et, yolu aç. Biz Qarabağı bağlasaydı, BMT onu dərhal çıxaraqdı və Qarabağda humanitar fəlakət var deyib, Azərbaycana qarşı ən sərt qərarlarını verəcəkdi, təbii ki, qərarı bloklayan tərəflər olmasaydı. Bu baxımdan, hesab edirəm ki, biz vaxt itirmədən 8 kəndin azad edilməsi ilə bağlı tələblərimizdə israrlı olmaqla yanaşı, beynəlxalq hüququn imkanlarından istifadə etməliyik. Bu bizim haqqımızdır, ora bizim ərazimizdir. Onu əsaslandırmalıyıq ki, bizim istənilən vaxt öz ərazilərimə girmək və oranı azad etmək haqqımız var. Gəlib işğal edib, indi mən güclüyəm, gedib azad edəcəm. Buna heç kim heç nə deyə bilməz. Bunu etməklə yanaşı tələb etmək lazımdır, bəyanatlar vermək lazımdır ki, ərazimi işğal etmisən, çıx ərazimdən.  İkincisi BMT-ə müraciət etmək lazımdır ki, Ermənistanı işğalçı kimi tanı. Bu qədər ərazini müharibədən sonra boşaltmışıq, amma hələ də 8 kəndi işğal altında saxlayır. BMT-də edə bilmiriksə, Baş Assambleyaya çıxaraq, orda qərar qəbul etdirək ki, ermənilər işğalçıdır. Haqlı olduğumuz və əlimizdə yetəro sübut olduğu halda susuruq, lazımi səviyyədə həmlələr etmirik. Bu halda ermənilər bizim haqlı olduğumuz halda bizim əlehimizə haqlıymış kimi istifadə edir. Başa düşürük ki, ermənilər ənənəvi riyakarlıqlarından və yalanlarından əl çəkmirlər. Biz də onları ifşa etməli və haqlı tələblərimizin gerçəkləşməsi üçün çalışmalıyıq. Haqqımızı hər dəfə vurğulamalıyıq, dünyanı da buna alışdırmalıyıq. BMT öz qərarına hörmət etmir, amma Azərbaycan edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31